Sığorta təşkilatları | Sığorta ödənişləri | |
1 | Azərsığorta | 9,43 |
2 | MBASK | 4,50 |
3 | Atəşgah | 3,14 |
4 | Beynəlxalq Sığorta Şirkəti | 3,11 |
5 | A-Group | 3,10 |
6 | Standard İnsurance | 3,03 |
7 | AzSığorta | 1,35 |
8 | Xalq Sığorta | 1,24 |
9 | Başak-İnam | 1,12 |
10 | Kavkaz Sığorta | 0,83 |
11 | Era Trans | 0,80 |
12 | BE&G | 0,67 |
13 | Bakı Sığorta | 0,58 |
14 | Paşa Sığorta | 0,57 |
15 | Azalsığorta | 0,46 |
16 | AtaSığorta | 0,45 |
17 | Azərbaycan Sənaye Sığorta | 0,44 |
18 | Thames Insurance Group | 0,29 |
19 | Star Alyans | 0,27 |
20 | Alfa Sığorta | 0,23 |
21 | AIG Caspian | 0,16 |
22 | Fidan Sığorta | 0,12 |
23 | Azərqarant | 0,11 |
24 | Günay Anadolu | 0,10 |
25 | Əmrah Sığorta | 0,08 |
26 | Qarant Sığorta | 0,003 |
27 | Nişan Sığorta | - |
28 | Qala Sığorta | - |
Lisenziyası ləğv olunmuş sığortaçılar | ||
1 | Abşeron | 0,05 |
2 | Azər-Asiya | 0,59 |
Y E K U N | 36,82 |
AZƏRBAYCANDA SIĞORTA FƏALIYYƏTI ILƏ BAĞLI BIR SIRA NORMATIV AKT QÜVVƏYƏ MINIB
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «Sığorta fəaliyyəti haqqında» qanunu və bu qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktlar qüvvəyə minib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu normativ hüquqi aktlara «Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları», «Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar», «Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları», «Sığortaçıların zərərlilik dərəcəsinin hesablanması Qaydaları», «Sığortaçıların rəhbər işçiləri və fiziki şəxs sığorta vasitəçiləri üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları», «Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları», «Sığortaçılarda daxili auditin aparılması Qaydaları», «Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblərin müəyyən edilməsi haqqında Qaydalar», «Sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilən lisenziyaların forması və doldurulması Qaydaları», «Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması Qaydaları» daxildir.
Qeyd edək ki, «Sığorta fəaliyyəti haqqında» qanun 2008-ci ilin mart ayının 15-də qüvvəyə minib.
Azərbaycan sığorta bazarının 1/3-ni təşkil edən avtomobil sığortası üzrə daxilolmaların kəskin azalacağı gözlənilir
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2008-ci ilin ilk üç rübü ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə topladığı haqların ümumi həcmi 47,6 mln. manat təşkil edib.
Bu isə respublika üzrə toplanan məcmu sığorta haqlarının 32,5%-nə bərabərdir. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər hesabat dövründə 13,9 mln. manat və ya ümumi ödənişlərin 37,8%-ni təşkil edib.
Qeyd edək ki, avtonəqliyyat vasitələrinin sığortasına nəqliyyat vasitələri sahiblərinin icbari sığortası daxil deyil. Bu sığorta növü yalnız könüllü qaydada tətbiq olunur. Avtonəqliyyat vasitələrinin sığortası əsasən avtomobillər kredit və ya lizinq yolu əldə edilən zaman banklar tərəfindən kreditləşmənin əsas şərtlərindən biri kimi istifadə olunur. Mütəxəssislərin fikrincə, bank sektorunda müşahidə olunan müəyyən problemlərə bağlı sığorta bazarının 1/3 hissəsinə malik olan avtonəqliyyat vasitələrin sığortası üzrə daxilolmaların kəskin azalacağı gözlənilir. Xatırladaq ki, son vaxtlar banklar tərəfindən istehlak kreditlərinin verilməsi məhdudlaşdırılıb və bu proses avtokreditlərə də aiddir. Nəticədə, ixtisaslaşmış salonlar istisna olmaqla, fərdi qaydada avtomobillərin alınması əməliyyatlarının kreditləşdirilməsi əksər banklar tərəfindən dayandırılıb. Bu da sığorta bazarına mənfi təsir göstərəcək.
Müşahidəçilərin fikrincə, bu proses, yəni avtomobil kreditlərin verilməsinin məhdudlaşdırılması oktyabrda başladığına görə, artıq cari ilin IV rübü üzrə avtonəqliyyat vasitələrinin sığortası üzrə daxilolmaların
Azərbaycandakı sığorta təşkilatları yanvar-sentyabr aylarında 3,5 mln. manat mənfəət vergisi ödəyib
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları 2008-ci ilin yanvar-sentyabr aylarında mənfəət vergisi üzrə dövlət büdcəsinə 3,508 mln. manat həcmində vəsait ödəyib.
Maliyyəyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta təşkilatlarının məcmu gəlirləri 202,861 mln. manat, xərcləri isə 187,501 mln. manata təşkil edib. Nəticədə, şirkətlər ümumilikdə 15,36 mln. manat mənfəət əldə edib.
Gəlirlərin strukturunda ən çox vəsait sığorta mükafatları (146,415 mln. manat), sığorta ehtiyatlarının qaytarılması (23,932 mln. manat) və sığorta fəaliyyətindən alınan digər gəlirlər (14,962 mln. manat) şəklində daxil olub.
Xərclərdə isə ən çox xüsusi çəkiyə sığorta ehtiyatlarına ayırmalar (58,213 mln. manat), təkrarsığortaya verilmiş sığorta haqları (53,626 mln. manat) malikdir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 146,41 mln. manat, ödənişlər isə 36,82 mln. manat təşkil edib.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
|
Из за большого объема этот материал размещен на нескольких страницах:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 |


