Кандидаты на руководящие должности в страховых компаниях Азербайджана будут проходить аттестацию
Баку, Fineko/abc. az. В Азербайджане утверждены Правила «Организации и проведения аттестации для физических лиц, желающих получить лицензию на ведения деятельности по страховому посредничеству, и для кандидатов на руководящие должности в страховых компаниях».
Как сказано в сообщении Министерства финансов, аттестация будет проходить в 2 этапа. На первом будут рассмотрены документы кандидата на соответствие законодательству о страховании и представлены на рассмотрение органу страхового надзора, на втором предусмотрено прохождение аттестации посредством тестового экзамена.
«На проведение аттестации будет отведено 3 часа. За это время необходимо ответить на 100 тестовых вопросов, по которым будут предлагаться 4 варианта ответа. При этом тестовые вопросы будут отличаться по содержанию в зависимости от должности, на которую претендует кандидат», - сказано в сообщении.
Каждый правильный ответ будет засчитываться как 1 балл. Неправильные ответы не будут учитываться.
«Набрав 70 правильных ответов, кандидат проходит аттестацию», - сказано в сообщении.
При этом кандидат, не прошедший второй этап аттестации, может подать очередную заявку только спустя 2 месяца.
«После прохождения аттестации необходимо проработать в страховом секторе в общем как минимум 6 месяцев (в течение 2 лет), в противном случае итоги экзаменов будут аннулированы», - сказано в сообщении.
AZƏRBAYCANDA SIĞORTAÇILARIN QIYMƏTLI KAĞIZLARA INVESTISIYALARI KƏSKIN ŞƏKILDƏ ARTIR
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin aktivlərinin əsas hissəsi banklarda olan depozitlərin payına düşür.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci ilin oktyabr ayının 1-nə bu göstərici 105 mln. manat və ya aktivlərin 44,5%-ni təşkil edib.
Qeyd edək ki, bank depozitlərinin həcmi cari ilin əvvəlindən 39,1% artıb, aktivlərdəki xüsusi çəkisi isə 3,7 faiz bəndi azalıb.
Ümumilikdə, oktyabrın 1-nə sığorta şirkətlərinin aktivlərinin həcmi 235,9 mln. manat təşkil edib ki, bu da ilin əvvəlindən 50,5% çoxdur. Bank depozitlərindən başqa aktivlərin strukturunda sığorta şirkətlərinin debitor borcları da əhəmiyyətli paya malikdir:
Sığortaçıların qiymətli kağızlara investisiyalarının həcmi isə 16,1 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 3,6 dəfə çoxdur. Qeyd edək ki, qiymətli kağızlara maliyyə qoyuluşlarının 15,019 mln. manatı qısamüddətli, 1,093 mln. manatı isə uzunmüddətli qiymətli kağızların payına düşür. Bu göstəricilər üzrə artım templəri müvafiq olaraq 3,4 dəfə və 9 dəfə olub. Göründüyü kimi, Azərbaycandakı sığorta təşkilatlarının fond bazarına marağı artmaqdadır. Bu, əsasən Maliyyə Nazirliyi tərəfindən dövlət qısamüddətli istiqrazlara yönəldilən investisiyaları hesabına müşahidə olunur.
Sığortaçıların aktivlərinin əsas hissəsini bank depozitlərində saxlaması isə müsbət hal deyil. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, hazırda Azərbaycanın maliyyə bazarında tələb olunanadək bank depozitlərindən daha gəlirli və bank depozitləri kimi likvid olan maliyyə alətlərinin sayı olduqca məhduddur. Sığortaçıların fikrincə, bu alətlərin sayı və çeşidi genişlənərsə, sığorta şirkətlərinin investisiyalarının həcmi də artacaq.
DÜNYA MALIYYƏ BÖHRANI AZƏRBAYCANDA SIĞORTA FIRILDAQLARININ ARTMASINA SƏBƏB OLUR
Azərbaycan, Bakı, 13 dekabr/TrendCapital/ Azərbaycan banklarının kreditləşdirmə templərini azaltması nəticəsində ölkədə sığorta dələduzluğu halları artıb, - “Maliyyə və iqtisadi tədqiqatlar konsaltinq” MMC-nin ekspertləri hesab edirlər. [Banklar dünya maliyyə böhranının təsiri altında avqustun ortalarında kreditlərin verilməsini məhdudlaşdırıblar və daha mühafizəkar siyasət aparırlar.]
“Fırıldaqçılığın sayını artıran peşəkar dələduzlar siyahısına öz çətin maddi durumlarını sığortaçıların hesabına düzəltməyə ümid edən “həvəskarlar” da əlavə olunur”, - ekspertlər hesab edirlər.
Onların rəyinə görə, yaranmış vəziyyətlə əlaqədar olaraq, qeyri-peşəkar səviyyədə dələduzluq hadisələrinin daha çox olacağı gözlənilir. Son vaxtlar vətəndaşların əksəriyyətinin gəliri azalıb və bu, onlarda sığorta ödəmələrində “qazanmaq” kimi fikir yarada bilər. Buna görə sığorta hadisələri və ödəmələr üçün lazımlı olan sənədlərin saxtalaşdırılması cəhdləri çoxala bilər.
Sığorta şirkətləri gözləyir ki, birinci, bankın borc alanları fırıldağa əl atacaq, çünki bu vəziyyətdə avtokrediti ödəməyə onların gücü çatmayacaq. Borcu qaytara bilməyən müştərilər avtomobilin məhvini saxtalaşdırmağa çalışacaqlar.
Hazırda sığorta şirkətləri yol nəqliyyat hadisələrinin fırıldaq yolu ilə səhnələşdirilməsi halları ilə daha tez-tez rastlaşırlar. Belə hallarda əvvəllər zədələnmiş maşını sığortalı avtomobil və həmin avtomobil sürücüsünün məsuliyyət sığortası kimi qələmə verirlər. Lakin ekspertlər “avtomülki sığorta” ilə olan fırıldaqçı əməllərin ən populyar növünün – yol nəqliyyat hadisələrində günahkarın dəyişdirilməsi növünün – azalmasını güman edirlər. Sığorta olunmamış sürücü onun zərərini elə hadisə yerində nəqd olaraq ödəyir və sığorta ödəməsi alırdı. Lakin indi uzun sığorta təcrübəsi olan sürücülər günahı öz üzərilərinə götürməkdən boyun qaçırırlar. Axı son vaxtlar məlum səbəblərdən sığorta şirkətləri yol nəqliyyat hadisələrində günahkar olanlar üçün tarifləri qaldırıblar. Fərsiz sürücülər üçün müqavilələrin yenidən bağlanması halında tariflərə olan əlavə 20% və daha artıq təşkil edə bilər.
Belə halların qarşısının alınması məqsədilə sığorta şirkətlərinin bir-birilə əməkdaşlığı, informasiya mübadiləsi həmişə uğurlu alınmır. Beləki, sığorta bazarında birinciliyi əldə etmək uğrunda rəqabət buna mane ola bilir, - təşkilatın ekspertləri hesab edirlər.
Statistikaya əsasən, dələduzluğa qarşı hazırkı müqavimət sxemi yüksək effektivliklə işləyir və artıq sığorta hadisəsinin tənzimlənməsi mərhələsində sığorta şirkətlərinə fırıldaqçıları ifşa etmək üçün imkan yaradır. Bir qayda olaraq, sığortaçılar dələduzlara ödənişdən imtina edir, onlar isə cəzadan qorxduqları üçün təkid etmirlər. Belə üsulla, hadisələrin 90%-də sığortaçı fırıldağın aşkarlanmasına nail ola bilir. Bütün qərarlar ekpertiza rəyinin nəticələri və səlahiyyətli orqanların qətnamələri əsasında qəbul edilir. Əgər müştəri dələduzluq faktini qəbul etmirsə, şirkət bu halda hüquq-mühafizə orqanlarını da təhqiqata cəlb edir.
|
Из за большого объема этот материал размещен на нескольких страницах:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 |


